XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 15:59

İki ölkə sərhədində vəziyyət yenə gərginləşdi –Vətəndaşlara atəş açılıb

Tacikistanla Qırğız Respublikası arasındakı sərhəddə atışma olub, bir qırğız sərhədçisi yaralanıb.

Bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Dövlət Sərhəd Xidməti başçısının və Batken vilayəti qubernatorunun iştirakı ilə sakinlərlə görüş zamanı Tacikistan tərəfindən Qırğız Respublikası vətəndaşlarına doğru iki atəş açılıb”, – Qırğız Respublikası Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilir.

Digər tərəfdən, AFP xəbər verir ki, Tacikistan Sərhəd Xidməti rəsmilərinin verdiyi məlumata əsasən, tacik kəndliləri öz bayraqlarını qaldırarkən qırğız tərəfindən buna qarşı atəş açılıb, nəticədə tacik kəndinin 52 yaşlı sakini güllə yarasından dünyasını dəyişib. Tacikistan rəsmi informasiya agentliyinin yaydığı məlumata görə, qırğız vətəndaşları daş atmaqla yanaşı, odlu silah da tətbiq ediblər.

Xatırladaq ki, ötən gün həmin ərazidə Tacikistana məxsus Vorux kənd sakinlərinin öz dövlət bayraqlarını qaldırmaq istəyərkən vəziyyət gərginləşib, ov tüfənglərindən atəş açılıb. Həmin bölgədə dövlət sərhədi demarkasiya olunmadığından son illər mütəmadi olaraq gərginlik mənbəyinə çevrildiyi bildirilir.

Qeyd edək ki, həftənin sonunda Tacikistanın sərhədyanı İsfərə şəhərində iki ölkə prezidentləri arasında danışıqlar gözlənilir. /Report