XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 15:45

RƏSMİ ANKARADAN ABŞ-la BAĞLI SƏRT BƏYANAT:"Artıq səbrimiz tükənib"

“ABŞ-la Suriyadakı təhlükəsiz bölgələrlə bağlı anlaşma olmalıdır, artıq səbrimiz tükənib”.

Strateq.az xəbər verir ki, bu sərt bəyanatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.

O bildirib ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceferinin Ankaraya səfərində irəli sürülən plan Türkiyəni təmin etməyib: “ABŞ-ın təklifləri bizi təmin edən səviyyədə deyil. Hələlik aramızda anlaşa bilmədik. Bu anlaşma olmalıdır, səbrimiz artıq qalmayıb.

Terror qruplaşmaları orada özlərini gücləndirirlər. ABŞ onlara silah verir. Proses uzandıqca, biz də boş durmadıq. Oraya yeni hərəkat hazırlığını artırdıq. ABŞ isə “Türkiyəyə heyət göndəririk, o zamana qədər hərəkatı başlamayın”, – dedi. 

Maraqlı budur ki, bizimlə Ankarada amerikalı heyətin görüşü zamanı CENTCOM komandiri YPG/PKK ilə bir araya gəlib. Bu da onların səmimi olmadığını göstərir. Təkrar edirəm, bir an öncə ABŞ-la güvənli bölgə məsələsində razılaşma olmalıdır, çünki bizim səbrimiz artıq tükənib”.

Nazir İdlibdəki gərginliyin də mütləq aradan qaldırılmalı olduğunu deyib: “Bununla bağlı iki gün əvvəl rusiyalı həmkarım Lavrovla danışdm. Prezident Ərdoğanın bu məsələ ilə bağlı mesajını cənab Putinə çatdırdıq. Bir an öncə İdlibdəki hücumlar durdurulmalıdır”.

Çavuşoğlu onu da bildirib ki, qarşıdakı günlərdə Suriya Konstitusiya Komissiyasını da elan edə bilər.