XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2019 - 14:25

Türkmənbaşı ictimaiyyət arasına çıxdı –9 günlük fasilədən sonra

Türkmənistan Prezidenti Qurbaqulu Berdiməhəmmədov uzun müddətdən və ölümü haqda şayiələrdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Berdiməhəmmədov 9 günlük fasilədən sonra dövlət televiziyasında çıxış edib və gələcəkdə Aşqabad şəhərində reallaşdırılacaq bir sıra tikinti layihələrini təsdiqləyib.

Qeyd edək ki, Berdiməhəmmədovun ölüm xəbəri 21 iyulda Rusiya mətbuatı tərəfindən yayılmışdı. Mətbuatda xəbərin əsas mənbəyi olan türkmən müxalif ekspert Aslan Rubayev sonradan Berdiməhəmmədovdan üzr istəmişdi. /Virtualaz.org