XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2019 - 10:38

“O görüntülər saxtadır, inanmayın” –MN qəzaya uğrayan MİQ-29-la bağlı yeni açıqlama yaydı

“Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür”.

Strateq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntünün yayılması barədə Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.

“Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.