XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2019 - 12:30

Moskvada etiraz aksiyası davam edir:saxlanılanların sayı 1000-i keçib

Ötən gün Rusiya paytaxtı Moskvanın mərkəzində keçirilən icazəsiz etiraz aksiyası zamanı 1000-dən çox adam polis tərəfindən saxlanılıb.

Bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

“Paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb”, – deyə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

Polisdən əlavə ediblər ki, araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək.  /Report