XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2019 - 14:35

Zurabişvilinin mətbuat katibi:“Azərbaycanla sərhəd komissiyası sakit mühitdə işləməlidir”

“Gürcüstan prezidenti hesab edir ki, Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın sakit və effektiv mühitdə fəaliyyət göstərməsinə imkan verilməlidir”.

Bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatia Moistsrapişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfində komissiyanın fəaliyyətinin bu gün və ya sabah başa çatacağı ilə bağlı illüziyası yoxdur: “Lakin əldə etmək istədiyimiz nəticələrə nail olmaq üçün komissiya sakit mühitdə işləməlidir”.

Report