XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 16:37

Avropa İttifaqından ABŞ-ın Cavad Zəriflə bağlı qərarına reaksiya:"Biz onunla çalışmağa davam edəcəyik”

Avropa İttifaqı ABŞ hökuməti tərəfindən qara siyahıya salınmış İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bundan sonra da çalışacaq.

Bunu Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS – European External Action Service) sözçüsü Karlos Ruiz de Qordexuela keçirdiyi brifinqdə bildirib.

“ABŞ-ın bu barədəki qərarına təəssüf edirik. İranla diplomatik təmaslar zəruri olduğu üçün bu ölkənin ən yüksək rütbəli diplomatı olan Zəriflə çalışmağa davam edəcəyik”, – deyə Aİ rəsmisi qeyd edib.

Ötən gün ABŞ hökuməti İran rejiminin beynəlxalq birlik üçün siması olduğu, Tehranın nüvə proqramını, ballistik raket yaradılmasını, terrorçu şəbəkələr qurulmasını dəstəkləyən təbliğat və dezinformasiyanın başında durduğu üçün xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etdiklərini açıqlamışdı/Report.