XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 17:12

Rusiya XİN bəyanat yaydı:"Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq"

“Rusiya Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır”. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

O deyib ki, gərginliyin artması bu yaxınlarda atəşkəsin bərqərar olması ilə bağlı əldə olunmuş razılaşmalara və münaqişənin siyasi yollarla həll edilməsi ilə bağlı səsləndirilən bəyanatlara ziddir.

“Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir və münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, güc istifadəsindən imtina etməyə və vəziyyətin stabilləşməsinə yönələn tədbirlər görməyə çağırırıq”, – M. Zaxarova vurğulayıb. /APA