XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2019 - 19:50

Ərdoğan yeni hərbi əməliyyatdan danışdı:"Türkiyə Suriyanın şərqində yeni əməliyyata başlayacaq"

Türkiyə Suriyanın şərqində yeni antiterror əməliyyatına başlayacaq.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı deyib.

T.Ərdoğan xatırladıb ki, Türkiyə ordusu daha əvvəl Suriyanın Afrin, Cerablus və Əl-Bab regionlarını terrorçulardan təmizləyib: “Bizim yeni hədəfimiz – Fərat çayının şərqidir. Biz Rusiya və ABŞ tərəflərini Suriyada yeni əməliyyata başlamağa hazır olduğumuz barədə məlumatlandırmışıq”.

Türkiyə prezidenti qeyd edib ki, Ankara Suriya ərazisindən sərhədboyu yaşayış məntəqələrinə hücumlara və təxribatlara göz yummayacaq: “Türkiyənin səbrinin də həddi var”. /Trend