XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2019 - 14:00

HDP-dən Öcalanın “Kürd problemini həll edərəm” bəyanatına maraqlı reaksiya:"PKK və PYD silahları buraxmalıdır"

PKK terror təşkilatının İmralıda həbsdə olan lideri Abdullah Öcalanın ötən gün vəkilləri vasitəsi ilə “Türkiyədə kürd problemi həllini tapa bilər. PKK taktik deyil, strateji olaraq silahı buraxmalıdır. Mən, kürdlərə yer açmağa hazıram. Gəlin, kürd problemini həll edək. Mən bu problemi həll edərəm, özümə güvənirəm, bunun üçün hazıram. Ancaq dövlət də, dövlət ağılı da gərəyini etməlidir”, – deyə verdiyi bəyanata Türkiyədə kürdlərin partiyası sayılan HDP-dən müsbət reaksiya verilib.

Strateq.az xəbər verir ki, PKK terror təşkilatının liderinin bu bəyanatını TV5-də HDP funksioneri, sabiq deputat Altan Tan şərh edib.

O, Abdullah Öcalanın bəyanatının davamı olacağını deyib:

“Təxmin edirəm ki, Öcalan önümüzdəki günlərdə, yaxud həftədə kürdlərə daha bir çağırış edəcək.  O, PKK və PYD üzvlərindən silahları buraxmasını tələb edəcək. Düşünürəm ki, o, belə bir çağırış edəcək və 2013-cü ildəki “Kürd probleminin həlli” proqramına yenidən qayıtmağı istəyəcək.  Mən növbəti addımda bunu gözləyirəm”.

TAN onu da iddia edib ki, Suriyadakı PYD heç vaxt Türkiyəyə hücum etməyib: “Ancaq Türkiyə hər dəfə PYD-nin hücum etdiyini deyir. PYD heç vaxt Türkiyəyə təhdid olmayıb. Onlar eynən Ərbil hökuməti kimi, Türkiyə ilə dost münasibəti qurmaq istəyir. Bunun üçün də, bəli, PKK və PYD-nin heç bir mübahisəyə girmədən Türkiyəyə qarşı savaşı buraxması lazımdır”.