Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə təxirə salınıb”, – deyə o əlavə edib.