XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 11:06

Atambayevə yeni ittiham irəli sürüldü- Qırğızıstan Baş Prokurorluğu açıqladı

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə yeni ittiham irəli sürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğundakı mənbə məlumat verib. Mənbə bildirib ki, keçmiş prezident bir sıra ağır cinayətlərlə yanaşı, adam öldürməkdə də ittiham olunur.

Dövlət Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev isə Atambayevin açdığı atəşlə xüsusi təyinatlının ölümünə səbəb olduğunu bəyan etməklə yeni ittihamı dolayısıyla təsdiqləmiş olub.

Keçmiş prezident yeni ittihamı rədd edərək bildirib ki, tərəfdarlarının əlində nəinki silah, heç “roqatka” belə, olmayıb. Lakin əlavə edib ki, rezidensiyaya basqın olanda özü atəş açıb.

“Onlar üçüncü mərtəbəyə qalxanda mən atəş açdım. Çalışdım ki, uşaqlara (xüsusi təyinatlılara-red:) dəyməsin”, – deyə Atambayev bildirib.

Atambayev bu il avqustun 8-də xüsusi əməliyyatla saxlanılıb. Əməliyyat zamanı 100-dən artıq şəxs yaralanıb, bir xüsusi təyinatlı həlak olub.

Məhkəmə qərarına əsasən, Atambayev ən azı avqustun 26-dək Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılacaq. Keçmiş prezident korrupsiyada və kriminal avtoritet Əziz Batukayevi həbsdən qanunsuz azad etməkdə ittiham olunur.

Strateq.az