XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2019 - 18:24

Dmitri Peskov:"Putinlə Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə edib"

Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə “Normand formatı”nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr – Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu”, – deyə o, jurnalistlərə bildirib/Report.