XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 20:15

Ərdoğandan ABŞ-a gözdağı:Türkiyə prezidenti Putinlə birgə SU-57 qırıcılarını incələdi

Türkiyə prezidenti Ərdoğan Rusiyaya səfəri çərçivəsində SU-57 son model döyüş təyyarələri ilə şəxsən tanış olub.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, Putin SU-57-nin texniki imkanları haqda Ərdoğanı şəxsən məlumatlandırıb.

Putin, eyni zamanda, Ərdoğana yanğınların söndürülməsində istifadə edilən təyyarələr haqda da məlumat verib.

Rusiya prezidenti qeyd edib ki, bu təyyarələr yerlə təmasda olmadan, havadan su nəqlini həyata keçirə bilir.

Yeri gəlmişkən, xatırladaq ki, ABŞ Rusiyadan alınan S-400 raketlərinə görə Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışını dayandırıb.

Rəsmi Ankara isə elə həmin vaxtlar bu problemin tezliklə həllini tapmazsa, alternativ variantlara əl atacağını bəyan edib. O zaman rəsmi Moskva fürsəti dəyərləndirərək, Türkiyəyə SU-57 qırıcılarının satıla biləcəyi haqda açıqlamalar verib.

Bu gün isə Ərdoğanın Putinlə birgə Rusiyada SU-57-lərə baxış keçirməsi, həmin açıqlamaların təsadüf olmadığının işartıları sayıla bilər.

Onu da qeyd edək ki, Rusiya bu gün S-400-lərin növbəti hissələrini də Türkiyəyə göndərib.

Strateq.az