XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 15:18

DSX:"Hərbi nəqliyyat atəşə məruz qalıb"

Bu gün, avqustun 30-da Dövlət Sərhəd Xidməti Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində gərginlik yaşanması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan Sərhəd Qoşunlarının «Qazax» əlahiddə sərhəd diviziyasının mövqelərinə qarşı növbəti təxribat baş verib: «29 avqust tarixində, saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb».

Açıqlamada bildirilir ki, onların snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.