XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 15:55

Rəsmi Bakı İsrail dronlarının Azərbaycana gətirilməsi haqda daha bir bəyanat yaydı:"Yalan məlumatlar tirajlanır"

“İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.

Strateq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib:  “Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi də bu xəbəri təkzib etmişdi.