XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 15:18

Subsidiyaların yeni məbləğləri açıqlanıb –Kənd Təsərrüfatı Nazirliyi

Yeni yaradılan Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə kvotalarını açıqlayıb.

Bu barədə bu gün, sentyabrın 2-də Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Verilən məlumata görə, 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi həmin əmsallara uyğun veriləcək.

Qərara əsasən, buğdanın 1 əmsala görə subsidiyası (1 ha) 200 manatdır. Çəltikdə isə 1.4 əmsala görə subsidiyanın məbləği 280 manat müəyyən edilib.

Qərarla digər bitkilərin də subsidiya məbləğləri açıqlanıb. Qarabaşaqda 0.9 əmsalla bu, 180, zəfəranda isə 2 əmsalla 400 manatdır. Habelə, kartofda 1.2 əmsalla 240, üzümdə isə ilk 4 ildə 3 əmsal üzrə 600 manat müəyyən edilib. Üzümdə sonrakı illərdə subsidiyanın məbləği azalacaq.

Meyvə bağlarına görə isə ilk 4 ildə hər hektara görə 800 manat subsidiya verilməlidir.

Daha sonra qərarda regionlardan asılı məsələlərə yer verilib. Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir. Başqa rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

Pambıq üzrə əkin əmsalı isə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil olunur.

Qərarda başqa məhsullara aid də xarakterik rayonlardan bəhs edilir.

«Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib», – məlumatda bildirilir.