XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

03 Sentyabr 2019 - 11:49

PATRUŞEV BAKIYA GƏLİR –Ramil Usubovla planlaşdırılan mühüm görüş...

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. 

TASS xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.

“Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Rami Usubov və  bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək”, – Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir/Report.