XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 23:01

ABŞ-dan Tehrana daha bir zərbə:kosmik araşdırmalarla bağlı 3 təşkilata qarşı sanksiya tətbiq edildi

ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın “Adrian Darya 1” tankerinə qarşı sanksiya tətbiq edib/Report.