XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 14:40

Nikolay Patruşev Ramil Usubovla görüşüb- Təhlükəsizlik üzrə məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycanla Rusiya arasında təhlükəsizlik üzrə məsləhətləşmələr keçirilib.

APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə məsləhətləşmələrin Rusiya və Azərbaycan Təhlükəsizlik şuralarının katibləri Nikolay Patruşev və Ramil Usubov tərəfindən keçirildiyi bildirilib.

Görüşdə N.Patruşev R.Usubovu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib. O, Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik şuraları aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti vasitəsi ilə sıx əlaqələrin davam edəcəyinə əminliyini vurğulayıb.

Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın tempinin yüksək olduğunu qeyd edərək Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin və hərbi-texniki əməkdaşlığın gələcək inkişafının reallaşdırılmasının vacibliyini bildirib.

R.Usubovla N.Patruşev arasında keçirilən danışıqlarda terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, o cümlədən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Görüşdən əvvəl Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

“Report” xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.