XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 19:33

ABŞ-dan Rusiyaya şok həmlə: dövlət şirkətinin direktoru İtaliyada tutuldu –Putindən reaksiya

Rusiyanın “Rostex” dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb. 

“RİA Novosti” xəbər verir ki, o, ABŞ-ın sorğusu əsasında tutulub.

Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib.

A.Korşunov bu vəzifədə 2009-2017-ci illərə işləyib.

Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını “məsuliyyətsiz rəqabət” adlandırıb.

İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.

A.Korşunov 57 yaşındadır.

Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.

“Rostexnlogiya” dövlət şirkəti 2014-cü il iyulun 23-də yaradılıb. Müəssisə mülki və hərbi təyinatlı sənaye məhsulu istehsal edir/Report.