XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2016 - 08:38

“Bu il geniş işlər aparılacaq” – [color=red]Prezident İlham Əliyev islahat anonsu verdi

""Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı” uğurla icra edilir”.

Bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib, dünya iqtisadiyyatı böhrandan çıxa bilmir:

"Davosda da şahidi oldum ki, dünya iqtisadiyyatı hələ böhran vəziyyətində qalacaq. Azərbaycanda 2015-ci ildə nəzərdə tutulan layihələr icra edilib. Bu, böyük uğurdur. Çünki bölgəmizdə qanlı müharibələr davam edir, Avropada yeni böhran yaşanır, miqrantlarla bağlı vəziyyət gərginləşir. Evlərini, əmlaklarını itirmiş insanlar Avropaya üz tuturlar və onların orada nə ilə qarşılaşdıqları gözümüz önündədir. Avropada miqrant böhranı radikallığı gücləndirir”.

Prezident İlham Əliyev bildirib ki, dünyada və bölgədə yaranan vəziyyət Azərbaycanı narahat edir:

"Ancaq Azərbaycan 2015-ci ildə iqtisadi inkişaf tempini saxlayıb. Keçən il 20-dən çox xarici səfər etmişəm, Azərbaycana 15-dən çox xarici dövləti və hökumət başçısı səfər edib. Bu göstərir ki, dünyada Azərbaycana böyük diqqət və hörmət var. Davos forumunda da gördüm ki, ölkəmizin siyasətinə, əldə etdiyi uğurlara böyük hörmət göstərilir. Biz dövlətlər və beynəlxalq təşkilatlara qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşuq. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla münasibətlər daha da sürətlə genişlənəcək”.

Prezident daha sonra deyib ki, maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir.

Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb:

"Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin milli valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.

Prezident İlham Əliyev bildirib ki, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib:

"2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib:

"Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?".

Dövlət başçısı bildirib ki, əgər iqtisadi müstəqillik əldə olunmasaydı, Azərbaycan asılı vəziyyətə düşəcəkdi:

"Düzdür, keçən il çətin olub. Ancaq biz çətinliklə də üzləşməliyik, 1990-cı illərdən çətin vəziyyət deyil. Dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərdən tənəzzül yaşanır, biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Bizə də təsir edir, amma biz inamla inkişaf edəcəyik. Son 12 il ərzində böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib, kosmik dövlətə çevrilmişik”.

Azərbaycanın tolerant dövlət olduğunu söyləyən prezident qeyd edib ki, Bakıda bu il BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək:

"Bizim iqtisadiyyat da sürətlə inkişaf etməkdə davam edəcək”.