XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

21 Sentyabr 2019 - 11:56

Ermənilər Qazax istiqamətində təxribat törədib- Düşmən cavab atəşilə susdurulub

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-dan Strateq.az-a verilən məlumata görə, dünən saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.