XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2019 - 17:11

Azərbaycanın hərbi qulluqçusu həlak olub- Müdafiə Nazirliyi açıqladı

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!