XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

22 Sentyabr 2019 - 17:00

SABİQ NAZİR YAP-çı DEPUTATIN İTTİHAMLARINA BELƏ CAVAB VERDİ:”O fikri elə adam deməlidir ki..." - VİDEO

Keçmiş təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində maraqlı açıqlamalar verib.

Kult.az xəbər verir ki, aparıcı millət vəkili Siyavuş Novruzovun bir müddət əvvəl səsləndirdiyi ittihamı müəllifinin adını çəkmədən, “sosial şəbəkə”dən oxuyub:“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il işləyib, digəri 15 il… Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir, hələ bəzi problemləri də elə siz keçmişdə nazir vəzifəsində çalışanlar yaradırsınız. Misir müəllim, niyə yaradırsınız?”

Misir Mərdanov 15 il nazir işləyən sözünün ona aid olduğunu zarafatla desə də, “problem yaradanlar” sözünü özünə şamil etməyib…

Misir Məranov vəzifədən necə çıxmasından da danışıb.

Strateq.az Kult.az-a istinadla M.Mərdanovun bu və ya digər suallara cavablarının maraqlı olduğunu nəzərə alaraq, verilişin videosunu təqdim edirik: