XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 09:55

Neytral ərazidə vurulan Azərbaycan əsgərinin meyiti götürüldü –BQXK-dən açıqlama

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun meyiti təmas xəttindən götürülüb.

Strateq.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Xatırlaadq ki, sentyabrın 22-də əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu neytral ərazidə ermənilər tərəfindən vurulub.