XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 14:58

Paşinyanın oğlunu hərbi hissədə döyüblər –Zori Balayanın nəvəsinin təşkilatçılığı ilə

Ermənistan ordusunda daha bir qalmaqal baş verib.

Budəfəki məsələ baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanla bağlıdır.

“Qraparak” nəşrində dərc olunan xəbərdə bildirilir ki, hərbi xidmətdə olan Aşot xidmət yoldaşları ilə mübahisə edib, zabitlər və əsgərlər tərəfindən döyülüb.

Maraqlı budur ki, onu döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı olan Zori Balayanın nəvəsidir.

“Aşot Paşinyan Ermənistanda nizam yaratmağa cəhd edən atası kimi öz hərbi hissəsində nizam yaratmağa cəhd edib. Bunun üçün o, zabitlərə və xidmət yoldaşlarına irad tutaraq, əsgər yoldaşlarından komandanlığa xəbərçilik edib və nəticədə bütün yazılmamış qaydaların hamısını pozub.

Kiçik Paşinyan onunla eyni hərbi hissədə xidmət edən Zori Balayanın nəvəsi tərəfindən döyülüb. Bu hadisədən az sonra sosial şəbəkələrdə Aşot Paşinyanın İrəvanda mühafizəçilərin müşaiyəti altında bacısı ilə gəzməsini əks etdirən video yayımlanıb”, – deyə mənbə bildirib/Yenisabah