XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 19:23

Tramp BMT-də:"Müdrik liderlər öz xalqını və ölkələrini birinci yerə qoymalıdırlar”

ABŞ Prezidenti Donald Tramp dünya liderlərini qloballaşma prosesindən imtina etməyə çağırıb. 

“Reuters” xəbər verir ki, BMT Baş Assambleyasında çıxış edən Birləşmiş Ştatların dövlət başçısı ölkələrin öz daxilində milliyyətçiliyi gücləndirməsi və qloballaşma prosesini rədd etməsinin vacibliyini bildirib.

O əlavə edib ki, “müdrik liderlər öz xalqını və ölkələrini birinci yerə qoymalıdırlar”.

ABŞ Prezidenti daha sonra deyib: “Azad dünya milli zəmin üzərində inkişaf etməlidir. Bu amili silmək və ya başqası ilə əvəz etmək olmaz. Gələcək qlobalçılara deyil, vətənpərvərlərə məxsusdur”.

Donald Tramp Yaxın Şərqdə “təxribat törədən ölkələrə” qarşı sanksiyaların daha sərt olacağını da vurğulayıb.

O, Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlarda İranı ittiham edib və bütün xalqları Tehranın təsirinin artmasına qarşı mübarizəyə çağırıb. D.Tramp İranın mərkəzi bankına qarşı da yeni sanksiyalar elan edib.

O, həmçinin Çini də ticarətlə bağlı vədlərinə əməl etməməkdə günahlandırıb. ABŞ Prezidenti ümidvar olduğunu bildirib ki, Vaşinqton heç vaxt özünün güclü hərbi potensialından istifadə etməyəcək/Azərtac.