XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 20:27

ABŞ-dan İran prezidenti haqda şok qərar –Ruhaniyə Nyu-Yorkda gəzmək qadağan olunub

ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu-Yorkda gəzməyi qadağan edib.

Belə ki, İran Prezidenti BMT-nin Nyu–Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə, xüsusi icazə almalıdır.

“Fars” xəbər agentliyi isə yazır ki, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.

Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş Naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb/Azərtac.