XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 21:53

Türkiyə Prezidenti:"Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir"

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.

Bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, – deyə Prezident vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır/Azərtac.