XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 16:44

Ruhani ABŞ-la nüvə sazişi üzrə danışıqların şərtlərini açıqlayıb –Vaşinqton sanksiyaları aradan qaldırmalıdır

İran Prezidenti Həsən Ruhani ABŞ-la nüvə sazişi üzrə danışıqların şərtlərini açıqlayıb.

İran dövlət başçısı bildirib ki, rəsmi Tehran 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) ilə nüvə sazişi üzrə danışıqlar masası arxasında oturmağa hazırdır, lakin əvvəlcə Vaşinqton sanksiyaları aradan qaldırmalıdır.

“Əgər danışıqlar baş tutacaqsa, bu, 5+1 qrupu formatında olacaq. Biz açıq bəyan etmişik ki, danışıqlara hazırıq. Lakin bu sanksiya və təzyiq şəraiti altında olmamalıdır. Məndən soruşdular ki, siz nə vaxt 5+1 formatında görüşəcəksiniz. Mən cavab verdim ki, lap bir saat sonra 5+1 qrupunun iclasında iştirak edə bilərəm. Ancaq əvvəlcə danışıqlar üçün normal ab-hava olmalıdır”, – deyə H. Ruhani vurğulayıb. (apa)