XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2019 - 14:47

İran XİN:Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü üçün iş aparılır

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün baş tutması üçün hər 3 ölkənin məsul şəxsləri tərəfindən iş aparılır. 

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, hələlik prezidentlərin görüşünün dəqiq vaxtı müəyyənləşməyib.

“Lakin hazırda bu sahədə işlər görülür”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. (APA)