XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2019 - 23:09

Rəsmi Ankaradan Makrona sərt cavab:"Onun çıxışı ayaqları zibil içində olan xoruzun banlamasına bənzəyir" - VİDEO

“Fransa prezidenti Emmanuel Makron popilizmə qapılaraq, Türkiyəni ittiham edib”.

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Makronun Türkiyəyə qarşı AŞPA-dakı ittihamlarına münasibət bildirərkən deyib.

Çavuşoğlu bildirib ki, Makron çıxşında istər miqrant, istərsə də insan haqları ilə bağlı ittihamlarında həddini aşan sözlər işlədib: “Türkiyə ilə bağlı tənqidi fikirlər səsləndirə biləcək ən son ölkə Fransa, ən son adam isə Makrondur. Baxın, o, Türkiyəni insan haqlarının pozulmasında, ölkəmizdə mətbuat azadlığının olmamasında ittiham edir, ancaq elə onun çıxış etdiyi salona jurnalistlər alınmayıb.  Harda qaldı bəs mətbuat azadlığı? Görünür, o, jurnalistlərin əvəzinə, YPG/PYD-li terrorçuları qəbul etməyə ehtiyac duyur. İndi hansı cürətlə Türkiyəni ittiham edir axı…”.

Nazir daha sonra Fransadakı föqvəladə hal rejiminə toxunub və Makronun çıxışını ayaqları zibilin içində olan  xoruzun banlamasına bənzədib.