XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 21:16

Rəsmi Tbilisidən Qarabağla bağlı açıqlama:"Danışıqlar niyə də olmasın?!"

“Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər olmasa da, tərəflər Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparır. Serbiya və Kosovo arasında da danışıqlar gedir. Niyə də olmasın? Bu cür danışıqlar çətin vəziyyəti nəzərə alaraq unikal imkandır”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkalianirusiyalı həmkarı Sergey Lavrovla bu yaxınlarda keçirdiyi görüş barədə jurnalistlərə danışarkən bildirib.

Onun sözlərinə görə, BMT çərçivəsində bütün ölkələr, hətta diplomatik münasibətləri olmayan ölkələrin nümayəndələri belə bir-biri ilə danışır.

XİN başçısı rusiyalı həmkarı ilə görüş ətrafında bəzi spekulyasiyalara yol verildiyini deyib. O qeyd edib ki, baş tutan görüşdə Gürcüstan və Rusiya arasında danışıqlar formatının dəyişdirilməsi məsələsi müzakirə olunmayıb/Report.