XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 Oktyabr 2019 - 10:12

AZƏRBAYCANDA BAŞ NAZİR İSTEFA VERDİ –Novruz Məmmədovun yerinə Əli Əsədov gətirilir

Azərbaycanın Baş Naziri Novruz Məmmədov postundan istefa verib.

Strateq.az xəbər verir ki, bu gün Milli Məclsin plenar iclasının gündəliyinə yeni Baş nazirin təyin edilməsi də daxil olunub.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci ildə Baş nazir təyin olunmuşdu.