XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

08 Oktyabr 2019 - 12:12

Spiker Oqtay Əsədov:"Novruz Məmmədov vəzifədən azad edilməsi ilə bağlı Prezidentə müraciət edib"

Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.

O, Baş Nazir postuna yeni namizəddən danışaraq bildirib ki, Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən bir insandır, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: “Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov Baş Nazir vəzifəsini layiqincə yerinə yetirəcək”.

Xatırladaq ki, N.Məmmədov Baş Nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilib/Report.