XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

09 Oktyabr 2019 - 23:30

Türk ordusu 30 km məsafədəki YPG/PYD-ni vurur:Ərdoğan əməliyyatı belə koordinasiya edir - Toplantı + FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Suriyanın şimalına yönəlik “Barış pınarı” əməliyyatının koordinasiya toplantısını keçirib.

Strateq.az xəbər verir ki, toplantıda nazirlər və generallar iştirak edib.

Məlumata görə, axşam saatlarından başlayaraq, türk ordusu uzaqmənzilli top və F-16 qırıcıları ilə Fərat çayının şərqini işğal etmiş YPG/PYD-nin mövqelərini bombardman edirlər.
İlkin məlumata görə, Türkiyə qırıcıları YPG/PKK-nın işgalındakı bölgənin təxminən 30 km dərinliyinə daxil olub: “Türk qırıcıları Ayn İsa rayonu çevrəsindəki Rami Hava bazasını, silah anbarını, eyni zamanda, Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərindəki terror qruplaşmasının mövqelərini darmadağın edib. Paralel olaraq, Rəsulyan rayonu və ətrafındakı terror yuvaları da vurulur”.
Məlumata görə, Türkiyə qırıcılarının hədəfi dəqiq müəyyən etməsinə mane olmaq üçün YPG/PKK ərazidə çoxsaylı təkərlər yandırıb, havanın üzünü qara buludla örtməyə çalışırlar.