XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 14:01

ƏRƏB BİRLİYİNDƏN TÜRKİYƏYƏ TƏPKİ:"Suriyadakı yeni əməliyyat qəbuledilməzdir"

Ərəb Birliyi ölkələri Türkiyənin Suriyanın şimalında apardığı “Barış pınarı” əməliyyatına qarşı çıxıb.

Strateq.az Türkiyənin “Haberler.com” saytına istinadla bildirir ki, Ərəb Birliyi Türkiyənin öz sərhədləri yaxınlığında terror dəhlizini məhv etmək və sonradan suriyalı qaçqınları həmin təhlükəsiz ərazilərə köçürmək üçün başlatdığı əməliyyatı qəbuledilməz sayıb: “Təşkilat bununla bağlı oktyabrın 12-də toplanacaq”.

Bu barədə açıqlama verən Ərəb Birliyi sədrinin köməkçisi Hüsam Zəki yazılı açıqlama yayaraq, bildirib ki, oktyabrın 12-də keçiriləcək toplantının gündəliyi də üzv dövlətlərlə razılaşdırılıb: “Toplantıda Türkiyənin Suriyaya yeni əməliyyatı ciddi müzakirə olunacaq, birliyin mövqeyi konkret formada bəyan olunacaq. Çünki Türkiyənin bu əməliyyatı qəbuledilməzdir”.

Xatırladaq ki, ötən gün Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Türkiyənin “Barış Pınarı” əməliyyatını pisləyib. Qurum, eyni zamanda, Ərəb Birliyinə müraciət edərək, təcili fövqəladə toplantı keçirməyi tələb edib.

Bu arada isə dünəndən Türkiyə Ordusu Suriyada “Barış pınarı” əməliyyatına start verib.

Bu gün Milli Müdafiə Nazirliyi quru qoşunlarının da artıq terror dəhlizinə daxil olaraq, əməliyyata başladığını elan edib: “Bütün terror hədəfləri nəzarətimiz altındadır, əməliyyat uğurla davam edir”.

Strateq.az