XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 19:35

YPG/PYD terrorçuları Türkiyənin ərazisini raket atəşinə tutdu –4 nəfər öldü, 70 yaralı var

Suriyada məskunlaşan PYD/YPG terrorçuları Türkiyənin Akçakale və Nusaybin rayonlarını raket atəşinə tutublar.

Strateq.az xəbər verir ki, bu barədə Şanlıurfa valiliyi rəsmi açıqlama yayıb.

Bildirilib ki, atəş nəticəsində biri körpə uşaq olmaqla, 2 nəfər şəhid olub: “Terrorçuların raket atəşi nəticəsində 9 aylıq Suriya kökənli Məhəmməd Ömər və Akçakale Vergi Dairəsinin əməkdaşı Cihan Günəş şəhid olub, ümumilikdə 46 nəfər isə yaralanıb”.

Qeyd edək ki, terrorçular Mardinin kəndlərini də də atəşə tutublar.

Valilikdən verilən məlumata görə, raket atəşi nəticəsində 2 nəfər həlak olub, 24 nəfər yaralanıb.