XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

13 Oktyabr 2019 - 20:32

“BURAXIN, BİR-BİRLƏRİ İLƏ SAVAŞSINLAR” –Tramp Türkiyə ilə bağlı ard-arda 3 tvit atdı

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalında apardığı “Barış Pınarı” əməliyyatı ilə bağlı daha bir açıqlama verib.

Strateq.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında üç dəfə ard-arda Türkiyə sərhədində gedən savaşa diqqəti çəkən tvit atıb: “Türkiyə sərhəddindəki savaşa qatılmamaq çox ağıllı qərardır. Bizi yanlışlıqla Yaxın Şərqdəki müharibələrə sürükləyənlər hələ savaşa qatılmamızı istəyirlər. Onların nə qədər axmaq qərar verdiklərindən xəbərləri yoxdur. İndi də savaş elanı istəyin də…”.

Tramp daha sonra belə davam edib: “Bundan iki il əvvəl Suriyanın fərqli bir bölgəsində İraqın kürdlərlə savaşını xatırlayırsınızmı? O zaman bir çox insan kürdlərlə İraqa qarşı müharibə etməyimizi istədi. Yox dedim. Kürdlərlə savaşı iki dəfə aparıb, sonra dayandılar.

İndi də eyni şeylər Türkiyə ilə olur. Kürdlərlə Türkiyə illərdir savaşır. Türkiyə PKK-nı terrorçuların ən pisi olaraq görür. Digərləri gəlib tərəflərdən biri üçün savaşa bilər.

Buraxın, bir-birləri ilə savaşsınlar! Biz durumu yaxından təqib edirik. Sonsuza qədər savaşsınlar!”.