XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

13 Oktyabr 2019 - 20:55

ƏRDOĞANDAN ŞİMALİ KİPRİN PREZİDENTİNƏ SƏRT XƏBƏRDARLIQ:"Gərəkli cavabı alacaq"

Türkiyə prezidenti Ərdoğan Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının “Barış Pınarı” əməliyyatı ilə bağlı gözlənilməz açıqlamasına sərt reaksiya verib.

Strateq.az xəbər verir ki, Ərdoğan bu gün Dolmabaxçadakı iqamətgahında jurnalistlərlə görüşündə Mustafa Akıncıya sərt xəbərdarlıq edib: “Bu, tamam ilə hədsizlikdir, həddini bilməməkdir.  Hazırda Şimali Kipr Türk Respublikasının dövlət olaraq mübarizəsini bizdən başqa aparan varmı? Yox! Bizdən başqa mücadilə aparan olmadığı halda,  elə bir yerə sürüşür ki, səbrlə yeri gələndə, bizlərdən də gərəkli cavabı alacaq”.

Ərdoğan bildirib ki, Akıncı belə bir mövqedə, belə bir açıqlama verə bilməz: “Oturduğu vəzifə öz gücü ilə əldə edilmiş vəzifə deyil. O vəzifə Türkiyənin gücü ilə verilmiş bir vəzifədir. Bunu niyə deyirəm? Çünki bizdən başqa “Kipr Türk Respublikası” deyən varmı? Yox. Təkrar edirəm, biz nəyin mübarizəsini aparırıq, bu bəyəfəndi nəyin? Keçmişin qalıqları ilə oynayır. İnanıram ki, kiprli soydaşlarımız ona ən qısa zamanda gərəkli cavabı verəcək”.

Xatırladaq ki, Mustafa Akıncı sosial şəbəkədəki hesabında “Barış Pınarı” əməliyyatı ilə 1974-dəki “Kipr Barış” hərəkatını tənqid edərək,  belə yazıb: “Daha əvvəl də dedim: 1974-də biz adına “Barış Hərəkatı” desək ddə, bu, bir savaşdı, axan qandı. İndi də “Barış Pınarı” desək də, axan su deyil, qandır. Bu səbəblə bir an əvvəl dialoq və diplomatiya dövriyyəyə girməlidir”.

Strateq.az