XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 14:03

ƏRDOĞAN NATO-nu QINADI:"Kobanidə əməliyyata Rusiya razılıq verəcək, Menbiçə isə ərəblər girəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrkən hava limanında jurnalistlərə açıqlama verib.

Strateq.az -ın məlumatına görə, o, Suriyada keçirilən “Barış Pınarı” əməliyyatına toxunaraq, bildirib ki, bəzi ölkələrin nə deməsindən asılı olmayaraq, Türkiyə yoluna davam edəcək:

“Dünyanın bəzi mediasında bizim apardığımız antiterror əməliyyatı təhrif olunur. Əlbəttə, bu, onların köhnə taktikasıdır. Bunlar bizi həqiqəti deməkdən çəkindirə bilməz.

Son günlər Əsəd rejimi ilə terrorçu PKK/YPG/PYD-nin təsis etdiyi Suriya Demokratik Gücləri arasında danışıqların getməsi haqda indi bir çox dedi-qodular var. Biz buna yox, işimizə baxarıq. Kobanidəki antiterror əməliyyatına Rusiyanın müsbət yanaşması ilə bağlı problem olmayacaq. Menbic məsələsində ABŞ-la qarşılıqlı əlaqələrimizə əsasən, ABŞ 90 gün ərzində oranı boşaltmalı idi. Menbiçə biz yox, sahibləri ərəblər daxil olacaq”.

Ərdoğan daha sonra NATO-nun Türkiyəyə müvafiq dəstək verməməsinə də etirazını bir daha açıqlayıb: “NATO-nun funksiyalarından biri həm də terrora qarşı mübarizədir. NATO üzvü olan yeganə müsəlman ölkə Türkiyədir. Lakin bizim ərazimizə 600 raket atılıb, şəhidlərimiz, yaralılarımz, evlərini boşaldanlar var. Ancaq NATO buna da biganə yanaşır .Biz NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü Türkiyənin yanındasınız?””. 

Ərdoğan bildirib ki, NATO Türkiyəyə gəldikdə, öz vəzifəsini yerinə yetirmir.