XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 20:21

Prezident İlham Əliyevlə Ərdoğan Bakıda görüşdü –Müzakirə + FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulanıb.

Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. Söhbət zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafinda fikir mübadiləsi aparıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.