XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 19:55

Putinin xüsusi nümayəndəsi:"Əsədlə YPG arasında anlaşma Rusiyanın hərbi bazasında əldə edilib"

Bəşər Əsədlə terrorçu YPG arasında anlaşma Suriyada Rusiyanın Xmeymim bazasında əldə edilib.

Bunu Rusiya dövlət başçısının Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Xüsusi nümayəndə əlavə edib ki, YPG ilə Dəməşq arasında vasitəçi Rusiya olub.

“Röyter” agentliyi bildirir ki, xüsusi nümayəndə Türkiyənin şimali Suriyada keçirdiyi əməliyyat haqqında “qəbuledilməzdir” ifadəsini işlədib.

O həmçinin deyib ki, Türkiyənin həyata keçirdiyi əməliyyatlara Rusiyanın razılıq verməsi şəklində təqdim edilməsi həqiqəti əks etdirmir/Teleqraf.com.