XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2019 - 16:14

Ərdoğan Pens və Pompeo ilə görüşməyəcək:“Mən ayaqdayam, Trampı gözləyirəm..."

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

“Mən dim dik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə, onunla görüşəcəyəm”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir/Report.