XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

16 Oktyabr 2019 - 17:10

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı –Fərman

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.

Yeni qurum indiyə qədər nazirlik yanında fəaliyyət göstərən Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin bazasında təşkil olunur.

Sərəncamda həmçinin deyilir ki, “Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 yanvar 2019-cu il tarixli fərmanının 1-ci hissəsi ilə Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar yeni qurum vasitəsilə həyata keçirilsin.