XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2019 - 23:45

ABŞ Nümayəndələr Palatasından Türkiyəyə qarşı həmlə –"Sanksiyalar paketi"ndə nələr var?

ABŞ Nümayəndələr Palatası Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyat səbəbindən bu ölkəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib.

“RİA Novosti”nin verdiyi məlumata görə, qanun layihəsi Konqres üzvü Liz Çeyni və 90-dan artıq respublikaçı tərəfindən təqdim edilib.

Konqresmenlər Türkiyənin prezidenti, vitse-prezidenti, müdafi naziri, XİN rəhbəri və digər yüksək vəzifəli məmurlar da daxil olmaqla, bu ölkənin rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər.

Bundan əlavə, qanunvericilər “Türkiyə Silahlı Qüvvələrinə maliyyə, maddi və ya texnoloji dəstək verən hər bir xarici vətəndaşa qarşı sanksiyaların tətbiq edilməsini” təklif edirlər/Trend.