XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

17 Oktyabr 2019 - 20:41

Ərdoğanla Pens bir araya gəldi –1 saat 40 dəqiqə çəkən görüşdə nələr müzakirə olundu? + FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaraya gələn ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb.

Strateq.az TRT-yə istinadla xəbər verir ki, Türkiyə prezidentinin Beştəpədəki iqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, yerli vaxtla saat 15:42-də başlayan görüş 1 saat 40 dəqiqə çəkib: “Görüşdə “Barış Pınarı” əməliyyatı, əməliyyatdan sonra atılacaq addımlar, təhlükəsiz bölgə və ABŞ-ın sanksiya qərarları müzakirə olunub”.

İkitərəfli müzakirədən sonra tərəflər çoxtərəfli görüşə başlayıblar.

Bu görüş isə 2 saat 40 dəqiqə çəkib.

Hələlik görüşlərlə bağlı rəsmi məlumat yayılmayıb.