XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2019 - 20:36

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib –Dekabrın 23-də

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.