XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

22 Oktyabr 2019 - 12:55

Rövzət Qasımov MSK-ya yeni üzv təyin edildi –Deputatlar səs verdi

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Strateq.az xəbər verir ki, iclasda Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. O, hazırda MSK Katibliyinin müdiridir.